Ermənistan-Azərbaycan problemi mürəkkəb məsələlərdən biridir, çünki ermənilər də, azərbaycanlılar da bizim yaxın və əziz xalqımızdır.

"Unikal" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus lideri qeyd edib ki, hər iki xalq SSRİ-nin eyni əyalətində yaşayıblar: "Ona görə də biz münaqişənin (Qarabağ - red.) həlli üçün hansısa şəkildə iştirak etməliyik. Əgər Qərb ora daxil olsa, bu problemləri həll etmək bizim üçün çətin olacaq". 

Ağarza Elçinoğlu