Ukrayna prezidenti Volodimir Zelenski 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıdığı üçün Slovakiya parlamentinə təşəkkür edib.
“Unikal”
xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb . 

“Mən Slovakiya Parlamentinə 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıdığına görə minnətdaram. Vaxtında qəbul olunmuş qərar, tarixi ədalətin bərpasına və milyonlarla günahsız qurbanın xatirəsinin anılmasına mühüm töhfədir”, - deyə dövlət başçısı vurğulayıb.