Meksikada istilər səbəbindən həyatını itirənlərin sayı 37-yə yüksəlib.

"Unikal" xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, xüsusilə ölkənin şimal-qərbi və cənub-şərqində rekord temperaturlara görə can itkisi sürətlə artır.

Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkə üzrə günvurma şikayəti ilə xəstəxanalara 426 nəfərin müraciət etdiyi, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Açıqlamada ölkənin Verakruz əyalətində havanın temperaturunun 43 dərəcəyə çatdığı və burada 14 nəfərin, Tabasko əyalətində 8 nəfərin, Oaxaca, Tamaulipas və Coahuila ştatlarının hər birində 3 nəfərin, Sonora, San Luiz Potosi və 2 nəfərin öldüyü bildirilib. 

Milli Meteorologiya Xidməti (SMN) ölkə miqyasında isti dalğasının daha 10-15 gün davam edəcəyini açıqlayaraq, xroniki xəstələrin məcburi olmadıqca müəyyən saatlarda çölə çıxmamasını tövsiyə edib.

Temperaturun 40 dərəcəni keçdiyi Meksikada "son illərin ən acınacaqlı günlərinin yaşandığı" məlumatı paylaşılıb.

Səhiyyə Nazirliyinin iyunun 17-də yaydığı məlumatda kəskin istilərdən 8 nəfərin öldüyü qeyd edilib.