Moskva vilayət məhkəməsi kriminal aləmdə ən yüksək vəzifə tutan "qanuni oğru" Boris Petrovu (Apakel) səkkiz il müddətinə azadlıqdan məhrum edib.

"Unikal" xəbər verir ki, bu barədə Moskva vilayət prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, "qanuni oğru" cəzasını ciddi rejimli islah koloniyasında çəkəcək. Ötən il həbs edilən Boris Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1 ("Cinayət iyerarxiyasında ən yüksək vəzifənin tutulması"). maddəsi ilə ittiham olunurdu. 

Gülayə Mecid