Moskvada ilk ikimərhələli termonüvə bombası RDS-37-nin yaradıcısı 92 yaşlı Qriqori Klinişov intihar edib. 

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, alimin cəsədini yaxınları paytaxtın mərkəzindəki Kosmodamianskaya sahilindəki mənzilində tapıblar.

Klinişov sovet nəzəri fiziki və hüquq müdafiəçisi Andrey Saxarovun nəzəri şöbəsində mühəndis vəzifəsində çalışırdı.

Qeyd edək ki, yaradılmasında Klinişovun iştirak etdiyi bombanın sınaqları 22 noyabr 1955-ci ildə Semipalatinsk poliqonunda baş tutub. Eksperimentdən sonra 59 yaşayış məntəqəsində binalar zədələnib və dağıdılıb, onlarla insan yaralanıb, bir neçə sakin, o cümlədən üç yaşlı qız ölüb.

Ağarza Elçinoğlu