“Türkiyənin 100 illiyi” konsepsiyası hərbi çevriliş nəticəsində hazırlanıb qəbul edilən Konstitusiya əsasında həyata keçirilə bilməz”

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ankarada hakim Ədalət və İnkişaf Partiyasının 28-ci çağırış parlamentdəki fraksiyasının ilk iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hökuməti Türkiyənin dünyanın 10 aparıcı iqtisadiyyatına daxil olana qədər dayanmayacaq. 

Dövlət başçısının sözlərinə görə, Nazirlər Kabineti Türkiyənin 12-ci inkişaf planı, eləcə də ölkənin Ortamüddətli İnkişaf Proqramı üzərində işi davam etdirir.

Ərdoğan daha sonra bəyan edib ki, ölkə Konstitusiyasının yeni variantının qəbulu Türkiyənin gələcək inkişafı üçün mühüm stimul olacaq. “Türkiyənin 100 illiyi” konsepsiyası hərbi çevriliş nəticəsində hazırlanıb qəbul edilən Konstitusiya əsasında həyata keçirilə bilməz”, - prezident vurğulayıb.

Dövlət başçısı ölkənin Əsas Qanununun yeni redaksiyasında müsəlman qadınların baş örtüyü taxmaq hüququnun təsbit edilməsini təklif edib.

Prezident Ərdoğan hakimiyyətin əleyhdarlarını Türkiyənin yeni Konstitusiyası üzərində işlərə dəstək verməyə çağırıb.

.