Parisdə binada partlayışla müşahidə olunan yanğında xəsarət alanların sayı artıb.

"Unikal" xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Xəsarət alanların sayının 29 olduğu bildirilir.

Yaralılardan 4-nün vəziyyətinin ağırdır

Xilasedicilər dağıntılar altında iki nəfərin qaldığını güman edir.

20:15

Parisin beşinci rayonundakı binalardan birində qaz partlayışı baş verib və nəticədə yanğın başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb .

Şəhər merinin müavini Eduard Sivelin sözlərinə görə, partlayış Val de Qras ərazisindəki Alfons Laveran meydanında baş verib. O, binanın hələ də yandığını xəbərdar edib və yanğınsöndürənlərin işlərinə davam edə bilmələri üçün vətəndaşları hadisə yerindən uzaq durmağa çağırıb.

Hadisə şahidlərinin sözlərinə görə, binanın dağıntıları altında insanlar var.