Dağıstanda, Kavkaz şossesində sərnişin avtobusu minik avtomobili və “Kamaz” markalı avtomobillə toqquşub. 

"Unikal" xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti qəza nəticəsində 8 nəfərin öldüyünü bildirib. 

Nazirlik həmçinin “Kamaz” da daxil olmaqla ümumilikdə 3 avtomobilin toqquşmasına aydınlıq gətirib.

Hazırda polis hadisə yerində qəzanın səbəblərini araşdırır.