"Türkiyə parlamenti İsveçin ötən ilin iyununda NATO sammiti çərçivəsində imzalanmış Madrid Memorandumunda nəzərdə tutulan terrorla mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir".

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə parlamentinin sədri Numan Kurtulmuş bildirib. Onun sözlərinə görə, əks halda Ankara ölkənin alyansa daxil olmasına razılıq verməyəcək .

"Türkiyə İsveçdən memorandumun öhdəliklərini konkret olaraq yerinə yetirməsini gözləyir. Biz İsveçdə antiterror qanununun qəbulunu müsbət qarşılayırıq, lakin onun həyata keçirilməsi üçün konkret addımlar lazımdır, bu, Türkiyənin ədalətli tələbidir. Əks halda, ərizəni təsdiq etməyəcəyik. ”, - Türkiyə parlamentinin spikeri bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçən həftə İsveçin 1 iyunda qüvvəyə minən və Stokholmun NATO-ya üzvlük müraciətinin təsdiqindən asılı olduğu antiterror qanunvericiliyini tətbiq edəcəyini gözlədiyini bildirib. İyunun 17-də Türkiyənin müdafiə naziri Yaşar Gülərin Brüsseldə keçirilən NATO nazirlərinin toplantısından sonra verdiyi məlumata görə, Ankara alyansdakı tərəfdaşlarına İsveçin yalnız Madrid Memorandumundan irəli gələn terrorizmlə mübarizə üzrə öhdəliklərini yerinə yetirdiyi təqdirdə təşkilata üzv ola biləcəyini bildirib. .