Meksikanın Kampeçe ştatında ölkənin dövlət neft şirkəti PEMEX-ə məxsus helikopter dənizə düşüb.

"Unikal" xəbər verir ki, təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Qəzadan sonra bölgədə hava və dəniz axtarışlarına başlanılıb. PEMEX rəsmiləri verdiyi açıqlamada dənizdəki neft platformasına getmək üçün havaya qalxan helikopterin səfər əsnasında naməlum səbəbdən düşdüyünü, kapitan pilot və ikinci pilotdan ibarət 2 nəfərlik heyətin itkin düşdüyünü bildirib. 

Rəsmilər vertolyotun neft platformasından mühafizəçinin dəyişdirilməsi zamanı PEMEX əməkdaşlarının daşınması üçün istifadə edildiyini, lakin qəza zamanı göyərtədə sərnişinlərin olmadığını bildirib. Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.