Çinin şimal-qərbindəki Yinçuan şəhərindəki restoranlardan birində güclü partlayış baş verib. 

"Unikal" "Şinhua" xəbər agentliyinə istinadla xəbər verir ki, Ningxia muxtar vilayətinin paytaxtında qeydə alınan partlayış nəticəsində azı 31 nəfər ölüb.

"Mayeləşdirilmiş neft qazının dağılması manqal restoranının fəaliyyəti zamanı partlayışa səbəb olub", - deyə məlumatda qeyd olunub. 

7 yaralıdan birinin vəziyyətinin "ağır olduğunu bildirib.

Partlayış Çində üç günlük Əjdaha Qayığı festivalı ərəfəsində olub.

Ağarza Elçinoğlu