Ermənistanda hakim “Mülki Müqavilə” partiyasının üzvü,  deputat Vigen Xaçatryan 72 yaşında ürək tutmasından dünyasını dəyişib.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, o, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Xaçatryan bir neçə gün əvvəl yerli KİV-ə verdiyi açıqlaması ilə diqqət çəkmişdi. Belə ki, o, Ermənistan hökumətinə çağırış edərək Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamaq istədiyini bildirmişdi.  

Gülayə Mecid