Meksikadan Venesuelanın hava məkanına daxil olan təyyarə vurulub.

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, Meksikanın cənubundakı Kozumel şəhərindən Hollandiyanın ada ölkəsi Kurasaoya getmək üçün Venesuela sahillərində havaya qalxan təyyarə Venesuela Bolivar Milli Silahlı Qüvvələri tərəfindən düşmən təyyarəsi hesab edilib. 

General Domingo Larez Hernandez bildirib ki, təyyarə Venesuelanın hava məkanına girdikdən sonra radarda itib, aşkarlanmamaq üçün yer ötürücüsünü və radiosunu söndürüb: "Təyyarə qaçaqmalçıların eniş etdiyi Kolumbiya sərhədindəki düzənliyə doğru hərəkət etdikdən sonra vurulub". 

Vurulan təyyarədə neçə nəfərin olduğu, ölən və yaralananların sayı ilə bağlı məlumat açıqlanmayıb. 

Ağarza Elçinoğlu