İyunun 19-da  Atlantik okeanında turistləri “Titanik” gəmisinin qəzaya uğradığı yerə aparan sualtı qayıq itib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hazırda ABŞ-nin Boston Sahil Mühafizəsi tərəfindən axtarış-xilasetmə əməliyyatı davam edir.  

Məlumata görə, sualtı qayıqda itkin düşənlər sırasında sahibkar Stokton Raş və həyat yoldaşı Vendi Raşdır. Bildirilir ki, Stotkan Raş 1912-ci ildə “Titanik”in qəzaya uğraması nəticəsində dünyasını dəyişən milyonçular Aysador və İda Ştrausun böyük nəvəsidir. Raş ABŞ-ın ən böyük mağazalar şəbəkələrindən biri olan Macy's-in ortaq sahibidir. 

Raş ailəsi birinci dərəcəli ən varlı sərnişinlərdən biri olduğuna görə onlara xilasedici qayıqda yer verilib.  

Xatırladaq ki, “Titanik”ə turlar təşkil edən “OceanGate Expeditions” şirkətinin “Titan” sualtı qayığının axtarışlarına iki təyyarə və iki döyüş gəmisi cəlb edilib.  

Gülayə Mecid