Belçika hökuməti ruslara və iranlılara viza verib. Bundan sonra  ölkənin baş naziri Aleksandr De Kroo və xarici işlər naziri  Haca Lahbibin istefa verməsini tələb edilib.  

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, Belçikalı QHT işçisi Olivier Vandecastele İran həbsxanasından azad edildikdən cəmi üç həftə sonra Belçikanın xarici işlər naziri Rusiya və İran vətəndaşları üçün viza müraciətlərini təsdiqləyib. 

Ölkədə müxalifət nümayəndələri xarici işlər nazirinin istefasını, ifrat sağçı müxalifət partiyası isə ölkənin baş nazirinin də istefasını tələb edib.

Gülayə Mecid