"Kiyev ötən il münaqişənin sülh yolu ilə həllinə, Ukraynanın daimi neytrallığı və təhlükəsizliyinə zəmanət haqqında müqavilənin imzalanmasına yaxın idi".

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi, Rusiya Hərbi Tarixi Cəmiyyətinin prezidenti Vladimir Medinski məlumat verib.

"Rusiya sözlə deyil, əməllə sülh yolu ilə həllə hazır idi. Üstəlik, Kiyev, ümumiyyətlə, belə bir qərara yaxın idi. Amma belə bir qərar Ukraynanın Qərbdəki kuratorlarına qətiyyən sərfəli deyildi. Buna görə də onlar danışıqlar prosesini qəsdən tamamilə iflasa uğratdılar”, - Medinski bildirib.

Gülayə Mecid