Avropa diplomatiyasının rəhbəri Cozef Borrell Serbiya prezidenti Aleksandr Vuçiç və Kosovonun baş naziri Albin Kurti təcili danışıqlar üçün Brüsselə dəvət edib.

"Unikal" xəbər verir ki, o, bu barədə  “Twitter” səhifəsində məlumat yayıb.

"Mən Serbiya liderləri Aleksandr Vuçiç və Kosovonun liderləri Albin Kurtini cari böhrandan çıxış yolu tapmaq üçün təcili görüş üçün Brüsselə dəvət etdim ", - Borrell yazıb.

O, bölgədəki vəziyyətin dərhal deeskalasiyasının və Kosovonun şimalında kosovo serblərinin iştirakı ilə yeni seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb.

"Bu, region və Aİ üçün ən vacib şeydir", - Aİ-nin yüksək səviyyəli diplomatı bildirib.

Gülayə Mecid