Monqolustanın 17 rayonunda 137 taun ocağı yaranıb.

"Unikal" xəbər verir ki, infeksiya Rusiya və Çinlə həmsərhəd ərazilərdə mövcuddur. Bu mövsüm heç bir yoluxma hadisəsi qeydə alınmayıb. Son 30 ildə Monqolustanda vəbadan 13 nəfər ölüb. İnfeksiyanın əsas daşıyıcıları marmotlardır. Monqolustanda Ümumdünya Səhiyyə Təşkilatı ilə keçirilən konfransda onlar Çində baş verən nadir hadisədən, bir insanın qoyundan vəba xəstəliyinə tutulmasından da danışıblar.