Türkiyənin İzmir şəhərində meşə ərazisində yanğın başlayıb.

"Unikal" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yanğının səbəbi hələki məlum deyil.

Bildirilir ki, Buca məntəqəsində başlayan yanğının söndürülməsinə İzmir Meşə Regional Müdirliyinə məxsus aid helikopterlər cəlb edilib. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.