Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu hərbi əməliyyatlar zonasında Qərb qüvvələrinin məntəqəsinə baş çəkib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. 

"Bu, nazirin istefasını tələb edən "Vaqner" PMC-nin yaradıcısı Yevgeni Priqojinin üsyanı başlayandan bəri Şoyqunun ictimaiyyət qarşısında ilk çıxışıdır", - deyə KİV yazıb.

Şoyqunun səfərinin dəqiq nə vaxt baş verdiyi qeyd olunmayıb. 

Xatırladaq ki, Sergey Şoyqu 23 və 24 iyun hadisələrində ictimaiyyət qarşısına çıxmayıb. "Vaqner" PMC-nin yaradıcısı Yevgeni Priqojin Şoyqunu vaqnerçilərin arxa mövqelərinə raket atmaqda və üsyan etməkdə günahlandırdı. Priqojinin elan etdiyi qondarma “ədalət marşı”nın məqsədlərindən biri də Şoyqunun və Rusiya Baş Qərargahının rəhbəri Valeri Gerasimovun istefası olmuşdu.