Rusiyada 1 günlük üsyan qaldıran muzdlu ordu "Vaqner"in lideri Yevgeni Priqojin böhrandan sonra ilk dəfə danışıb.

"Unikal" xəbər verir ki, harada olduğu bilinməyən Priqojin "Vaqner"in ləğv ediləcəyini bildirib.

""Vaqner iyulun 1-də ləğv olunacaq. Məqsədimiz Putini devirmək deyildi", - Priqojin ifadə edib.

Bununla yanaşı, Priqojin açıqlamasına belə davam edib:

"Ukraynada səhvə yol verənlərin məsuliyyətə cəlb olunmasını istəyirik. Heç kim Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmadı. Biz heç bir aqressivlik nümayiş etdirmədik. Bizi hərəkətə gətirən də bu oldu. Bu, bizim yürüşümüzə qarşı haqsızlıq idi.  Xüsusi hərbi əməliyyat zamanı səhvlərə yol verənləri məsuliyyətə cəlb etmək istədik. Bu vəziyyət Rusiyada ciddi təhlükəsizlik problemlərinin olduğunu göstərdi . Biz hərəkətə keçmədik. Məqsədimiz "Vaqner"in məhv edilməsinin qarşısını almaq idi.Biz rus əsgərlərinin qanını tökməmək üçün qayıtdıq. Rus aviasiyasını vurmağa peşman olduq". 

Gülayə Mecid