Ermənistan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti iyunun 30-dan dayandırılacaq.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun “Facebook” səhifəsində məlumat paylaşılıb.

“2022-ci il dekabrın 16-da qəbul edilmiş “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə” qanuna əsasən, Fövqəladə Hallar Nazirliyinin funksiyalarını da özündə ehtiva edən Daxili İşlər Nazirliyi yaradılıb. ”, - mesajda deyilir.