Rusiya hökumətinə məxsus İl-96-300 təyyarəsinin ABŞ-yə getmə səbəbi məlum olub. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Telegram" kanalında açıqlayıb.

"Təyyarə ABŞ hakimiyyəti tərəfindən ölkəni tərk etmək əmri verilmiş rus diplomatları təxliyə etmək üçün Vaşinqtona uçub", - deyə XİN rəsmisi bildirib. 

***17:00

Rusiya hökumətinə məxsus İl-96-300 təyyarəsi Moskvanın Vnukovo hava limanından Vaşinqtona uçub. 

"Unikal" xəbər verir ki, bu barədə "Flightradar24" portalında qeyd olunub. 

Təyyarə Vaşinqtonun Dalles Beynəlxalq Hava Limanına çatacaq.

Qeyd edək ki, Rusiya xüsusi uçuş heyətinin İl-96-300 təyyarəsindən yüksək rütbəli rusiyalı məmurlar və Kremldən olan jurnalistlər istifadə edir.

Ağarza Elçinoğlu