İyulun 1-dən Ukraynada "COVID-19" pandemiyası ilə əlaqədar karantin və fövqəladə vəziyyət rejimi başa çatacaq.

"Unikal" xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıxal Nazirlər Kabinetinin iclasında deyib. 

"İyulun 1-dən biz koronavirus pandemiyası ilə əlaqədar karantin və fövqəladə vəziyyət rejiminə son veririk. "COVID-19" ukraynalılar üçün çətin sınaq olub. Bütün bu müddət ərzində bizim bütün qərarlarımız insanların həyatını xilas etməyə yönəlib", - Şmıxal bildirib.

Ağarza Elçinoğlu