Suriya, Ukrayna və digər münaqişələrdə iştirak edən məşhur qrup ("Vaqner" - red.) müharibə təcrübəsini Belarus ordusuna ötürsə, yaxşı olar.

"Unikal" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. 

"Əgər onların komandirləri gəlib bizə kömək etsələr, indiki məqamda nəyin vacib olduğunu desələr, bu, əvəzsiz kömək olacaq", - deyə Belarus lideri açıqlayıb. 

O, ölkəyə muzdluların yerləşdirilməsindən qorxmamağa çağırıb.

Ağarza Elçinoğlu