Yaponiyalı akademik Keisuke Vakizaka “Türkiyə casusu” olduğu iddiası ilə Ermənistandan qovulduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, o, türk, erməni və yapon dillərində tvitterdə Ermənistan tərəfindən deportasiya edildiyini yazıb. Vakizaka Ermənistanın deportasiyasına səbəb kimi onu “türk casusu” olmaqda ittiham etdiyini bildirərək, bu vəziyyəti “Twitter”də Türkiyə və Yaponiya XİN-lərinə çatdırıb.

Vakizaka tvitlərində yazıb:

"Bu gün Qafqazla bağlı çalışan bir akademik kimi Ermənistandan qovuldum. Məni türk agenti olmaqda ittiham etdilər və təhqir etdilər. Erməni polisləri məni söydülər. Ermənicə danışdığım üçün deyilənlərin hamısını açıq-aydın başa düşdüm".

Bir akademikin Ermənistandan gələn arzuolunmaz ziyarətçilər siyahısında olması həqiqətən gülməlidir. Bu, diplomatik adətlərə və qonaqpərvərliyə uyğun davranış deyil. Axı bu, qalmaqaldır”.

Vakizaka Ermənistanda gördüyü təzyiqlərdən də danışıb. O, qeyd edib ki, onu  beş-altı saat otaqda saxlayıblar.

"Oradakı təhlükəsizlik qüvvələri daşnakist idi. Psixoloji təzyiqlərlə Ermənistanın Qarabağ ritorikasını qəbul etdirməyə çalışdılar. Akademik olduğum üçün doğru sözləri deməliyəm" dedim. Qarabağ Azərbaycan ərazisidir, mən bunu deyəndə məni hədələdilər”-deyə o bildirib.