Şahzadə Dianaya məxsus ağ qoyun naxışlı qırmızı sviter "Sothebys" hərrac evində sentyabrın 7-də satışa çıxarılacaq.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, "Warm & Wonderful" brendinə məxsus üst geyimi hərracda 40-70 min funt sterlinqə təklif olunacaq.

Qeyd edək ki, ilk dəfə 1981-ci ilin iyununda Diana bu sviterdə gələcək əri Şahzadə Çarlzla idman oyunlarına qatılmışdı.