Ötən gecə pilotsuz uçuş aparatları (PUA) Liviyanın şərqindəki aviabazaya zərbə endirib.

"Unikal" xəbər verir ki, bazada “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin olduğu deyilir.

“Naməlum PUA-lar Benqazidən 150 km cənub-şərqdə yerləşən Əl-Xarruba aviabazasına hücum edib. Burada “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri yerləşmiş ola bilərlər”,- deyə məlumatda bildirilib.

Qeyd edilib ki, hücum zamanı xəsarət alan olmayıb.