Kişineuda hava limanında hava limanında atəş açan şəxs Türkiyədən gələn Tacikistan vətəndaşı olub və Moldova polisinin xüsusi təyinatlıları tərəfindən saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Dorin Reçan bildirib.

O, qeyd edib ki, baş verən terror aktında iki nəfər ölüb, bir nəfər yaralanıb.

20:14

Moldovanın paytaxtı Kişineuda hava limanında iki nəfəri güllələyən şəxs "Vaqner" Özəl Hərbi Şirkətinin döyüşçüsü olub.

"Unikal" xəbər verir ki, bu badə Moldova mətbuatı məlumat yayıb.

Nəşr bildirir ki, “Vaqner"çi hava limanında bir neçə dəfə atəş açıb və girovlarla barrikada qurub. İlkin məlumata görə, atışma zamanı iki nəfər ölüb. Hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

19:37

Moldovanın paytaxtı Kişinyovda aeroportunda 2 nəfəri qətlə yetirən şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.

19:23

Moldovanın paytaxtı Kişinyovda aeroportda atışma olub.

"Unikal" xəbər verir ki, Türkiyədən Moldovaya gəldiyi təxminən olunan şəxs odlu silahdan atəş açaraaq sərhədçini yaralanıb.

Onun bir neçə nəfəri girov götürdüyü də bildirilir.

18:58

Moldovanın Kişinyov hava limanında atışma səsləri eşidilib, sərnişinlər binadan təxliyə edilib.

"Unikal" xəbər verir ki, Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, atəşi vətəninə köçürülməyə hazırlaşan 46 yaşlı Ukrayna vətəndaşı açıb.