İndoneziyanın Yava adasının sahillərində güclü zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ 6.2 bal gücündə olub.

Yeraltı təkanların episentri Yoqyakartadan təxminən 87 km cənubda, ocağı isə 66 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.