Almaniyada sürətlə yüksələn və səs nisbətini 20 faizə yüksəldən Almaniya üçün Alternativ Partiyası (AfD) türk dönərlərinə qadağa qoyulmasını tələb edib.

"Unikal" xəbər verir ki, partiya "Almaniyada alman mədəniyyətinə uyğun yemək olmalıdır" deyə əsa gətirib.

Almanların az qala milli yeməyinə çevrilən dönər kabab ifrat sağçıları qəzəbləndirib. Səslərini günü-gündən artıran və 20 faizə çatan xaricilərə qarşı olan AfD ( Almaniya üçün Alternativ) partiyasının Berlində yaşayan yüksək səviyyəli siyasətçisi Alexander Jungbluth türk dönərinin qadağan edilməsini tələb edib.

Kirchheimboledendə keçirilən toplantıya qatılan Jungbluth Avropada dönər kabab və ya qəlyan əvəzinə Avropa mədəniyyətini əks etdirən məhsulların olması lazım olduğunu deyib.