Braziliyanın keçmiş prezidentinə 2030-cu ilə qədər namizədliyi qadağan edilib.

"Unikal" xəbər verir ki, qərar Ali Seçki Məhkəməsi tərəfindən qəbul edilib.

Jair Bolsonaro seçki qanunlarını pozmaqda, seçki sistemi haqqında dezinformasiya yaymaqda və demokratik institutlara hücumda ittiham olunub.

Belə ki, eks-dövlət başçısı 2024 və 2028-ci illərdə keçiriləcək bələdiyyə seçkilərində, eləcə də 2026-cı ildə keçiriləcək prezident, qubernator və parlament seçkilərində namizəd kimi iştirak edə bilməyəcək.