İspaniyanın “Sevilya” futbol klubunun rəhbərliyi əsas komandanın bütün oyunçularını transfer siyahısına salmaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, qərar klubun 90 milyon avroya yaxın borcu ilə bağlıdır.

Qeyd olunur ki, klubun oyunçularının ümumi dəyəri 201,5 milyon avrodur. Ən bahalı futbolçuların ilk 5-liyinə mərakeşli hücumçu Yusuf En-Nesiri (20 milyon avro), argentinalı yarımmüdafiəçi Lukas Okampos, mərakeşli qapıçı Yassin Bunu, argentinalı müdafiəçi Qonzalo Montiel (12 milyon avro) və onun həmyerlisi müdafiəçi Markos Akunya (10 milyon avro) daxildir.

2022-ci il fevralın sonunda FİFA və UEFA Rusiya klub və komandalarının beynəlxalq yarışlarda iştirakını dayandırıb. Onlar qərarlarını Ukraynadakı vəziyyətlə izah ediblər.

Apreldə UEFA prezidenti Aleksander Çeferin  demişdi ki, Rusiya futbol klubları və milli komandalarının beynəlxalq yarışlarda iştirakına icazə verilməsi məsələsi xüsusi əməliyyat başa çatana qədər həlli çətin olacaq. Onun sözlərinə görə, Ukraynada münaqişə bitənə qədər vəziyyətin dəyişməsi ehtimalı yoxdur.