Çin bazarları Ramzan Kadırovun oyuncaq fiqurlarını satmağa başlayacaq.

"Unikal" xəbər verir ki, onlar 1:6 miqyasında hazırlanır.

Fiqurun hərəkətli olacağı deyilir. Dəstə papaq, köynək, şalvar, kəmər çantası, çəkmə, tapança, qobur, taktiki kəmər və palto daxildir.

Çeçenistan rəhbərinin oyuncaq fiqurları ilin ikinci və ya üçüncü rübündə satılacaq.

Respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayevin sözlərinə görə, belə oyuncaqların meydana çıxması Çeçenistan rəhbərinin Çində populyarlığından xəbər verir.