Fransa Prezidenti Emmanuel Makron hökumət üzvlərinə ölkədə asayişin bərpası üçün tədbirlərin görülməsi ilə bağlı göstəriş verib.

"Unikal" xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Yelisey sarayında iğtişaşların aradan qaldırılması üzrə operativ qərargahın iclası zamanı dövlət başçısı Fransada baş verənləri anlamaq üçün uzunmüddətli işə başlamağı tələb edib.

“Hökumət polisin və jandarmın tərəfində olacaq”, - dövlət başçısı deyib.

22:30

Fransa Prezidenti Emmanuel Makron ölkədəki etirazlarla bağlı toplantı keçirir.

"Unikal" xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Bildirilir ki, iclas Yelisey sarayında baş tutur.

İclasda baş nazir Elizabet Born, daxili işlər naziri Cerald Darmanin və ədliyyə naziri Erik Düpon-Moretti iştirak edir.

14:32

Fransa prezidenti Emmanuel Makron bazar günü axşam ölkədə baş verən iğtişaşlarla bağlı iclas keçirəcək.

"Unikal" xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb .

“Dövlət başçısı Yelisey sarayında baş nazir Elizabet Born, daxili işlər naziri Gerald Darmanin və ədliyyə naziri Erikin iştirakı ilə keçiriləcək görüşdə vəziyyətlə tanış olacaq”, - məlumatda deyilir.

İyunun 27-də Paris ətrafında 17 yaşlı oğlanın polisə tabe olmaqdan boyun qaçıraraq öldürülməsindən sonra iğtişaşlar başlayıb. Nantr, Lill və Tuluzada da etirazlar güclənib. Daha sonra nümayişçilərin avtomobilləri yandırması, vitrinləri sındırması və polis əməkdaşlarına hücum etməsi ilə etirazlar polislə toqquşmaya çevrilib. Nəticədə 1000-dən çox adam saxlanılıb.

Fransa İqtisadiyyat Nazirliyinin rəhbəri Bruno Le Maire bildirib ki, ölkədə etirazçılar dörd gün ərzində 250-yə yaxın tütün mağazasını qarət ediblər.