Qara dənizdə Rusiyanın 9 gəmisi döyüş növbəsində dayanıb, onların arasında 4 “Kalibr” qanadlı raket daşıyıcısı da var.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri komandanlığının mətbuat mərkəzinin məlumatına görə, Rusiya Hərbi Dəniz Qüvvələri Qara dənizdə daha bir reaktiv daşıyıcı aparatla tamamlanıb. Gəmilərin ümumi yaylım atəş gücü 24 vahidə qədərdir.

Azov dənizində göyərtəsində “Kalibr” olmayan bir Rusiya gəmisi var. 8 Rusiya gəmisi Aralıq dənizində döyüş növbətçiliyi aparır, onların arasında “Kalibr” daşıyıcısı bir gəmi yer alıb. Aralıq dənizindəki gəmilərin ümumi yaylım atəş gücü 16 vahiddir.

İyulun 1-i axşam saatlarında 8 “Kalibr” qanadlı raketi daşıyan 2 sualtı qayıq Qara dənizdə döyüş növbətçiliyində olub. Daha sonra rusların gəmi qruplaşmasında raketli gəmilərin sayı üçə qədər artıb. Burada bir yerüstü gəmi 2 sualtı qayığa qoşulub. Həmin gəmilərdəki “Kalibr”lərin sayı 16 ədədə qədər yüksəlib.

Rusiyanın gəmi qüvvələrini yenidən Odessa və Nikolayevsk həndəvərinə cəmləməsi Ukraynada ciddi narahatlıq doğurub.

Prezident Volodimir Zelenski Hərbi Dəniz Qüvvələri Günündə Odessaya gedib. Zelenski burada Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neyjpapanın məruzəsini dinləyib.