Meksikanın Oaxaka ştatının San-Pedro Huamelula şəhərinin meri Viktor Hüqo Sosa xalqına uğurlar gətirmək üçün timsahla evlənib.

"Unikal" xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Bir kişi ənənəvi ritualın bir hissəsi olaraq dişi timsahla evlənib. Belə bir "evlilik" ilə sakinlərin tanrıları sakitləşdirə biləcəyinə inanılır ki, onlara yağış, yaxşı məhsul, sülh və əmin-amanlıq təmin etsinlər.

Sürünənə Alisiya Adriana adı verilib. “Mən məsuliyyət daşıyıram, çünki bir-birimizi sevirik. Vacib olan budur. Sevgisiz evlilik ola bilməz... Mən şahzadə qızla evlənməyə razıyam”, - deyə şəhər meri bildirib.

Qeyd olunur ki, mərasim zamanı timsahın ağzı kəndirlə bağlanıb.

Bundan əvvəl məlum olub ki, elm adamları tarixdə ilk dəfə timsahda qüsursuz hamiləliyi qeydə alıblar .