“İnter Mayami”də top qovacaq hücumçu Lionel Messi ildə 50-60 milyon dollar qazanacaq.

"Unikal" xəbər verir ki, maaşın məbləğini komandanın prezidenti Xorxe Mas açıqlayıb.

“Müqaviləyə əsasən, Messi mövsümdə 50-60 milyon dollar qazanacaq. Danışıqlara üç il sərf etdim. Lionelin atası Xorxe ilə çoxlu söhbətlər olub”, - Mas bildirib. Onun sözlərinə görə, klub sahibi Devid Bekhem Messi ilə sırf futbol məsələlərini müzakirə edib.

Qeyd edək ki, Messi iyunun 7-də PSJ-dən “İnter Mayami”yə keçib.