Böyük Britaniyada etirazlarla mübarizə üçün yeni tədbirlər qüvvəyə minib. Qeyd olunur ki, yeniliklər ilk növbədə magistral yolları və şəhərin mərkəzi küçələrini bağlayan ekoloji fəallara yönəlib.

"Unikal" xəbər verir ki, yeni səlahiyyətlər polis məmurlarına oturaq etiraz aksiyası keçirməyi seçən nümayişçiləri zorla yoldan çıxarmağa imkan verir. Hazır tunellərin salınmasına görə də cəza sərtləşdirilir.

Bundan əvvəl Fransada keçirilən etiraz aksiyalarının ilk iştirakçıları cəza alıblar . Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb. Nanterdə başlayan aksiyalara bir gün sonra Lill və Tuluza sakinləri də qoşulub . Daha sonra etirazlar iğtişaşlara və polislə toqquşmaya çevrilib. Ölümü Fransada etirazlara səbəb olan polis tərəfindən vurulan əlcəzairli yeniyetmənin nənəsi iğtişaşçıları zorakılığı dayandırmağa çağırıb .