İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr İslamın simvollarının təkrar təhqir olunmasına qarşı tədbir görməyə çağırıb.

"Unikal" xəbər verir ki,  İƏT-in baş katibi İbrahim Taha deyib ki, müsəlman ölkələri “bunun qarşısını almaq üçün kollektiv tədbirlər görməlidir”. Onun sözlərinə görə, İslamofobiyanın yeganə təzahürü Qurana hörmətsizlik deyil.

Daha əvvəl bildirilmişdi ki, İsveç Stokholmun mərkəzində Quranın yandırılması ilə bağlı aksiyadan sonra təhlükəsizlik və sərhəd nəzarətini gücləndirəcək . Bu barədə İsveç Xarici İşlər Nazirliyinin hökumətin saytında dərc olunmuş bəyanatında deyilir.

Ölkənin Xarici İşlər Nazirliyində deyildiyi kimi, İsveç bu cür hərəkətlərlə bağlı ölkə üçün yeni təhlükələr riski ilə üzləşib.

İsveç Polis Departamenti indi təsdiqləyib ki, o, nəzarətlərə lazımi düzəlişlər edir və təhlükəni aradan qaldırmaq üçün digər səlahiyyətlilərlə əməkdaşlığı genişləndirir. İsveç təhlükəsizlik xidməti də “zorakı ekstremistlərə qarşı” fəaliyyətini gücləndirib.