Fransanın şimalındakı on kommunanın hakimiyyəti iğtişaşlarla mübarizə üçün komendant saatı tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə Fransanın BFMTV telekanalı məlumat yayıb .

Lill , Dinant, Croix, Rubaix və digər şəhərlərdə komendant saatı tətbiq olunmağa başlayıb.

Telekanalın məlumatına görə, o, yerli vaxtla 20:00-dan 22:00-a kimi iki saat fəaliyyət göstərəcək. Kommunadan asılı olaraq həm bütün sakinlərə, həm də yalnız yetkinlik yaşına çatmayanlara şamil edilə bilər.

Məhdudiyyət həmçinin Parisin bir sıra şəhərətrafı qəsəbələrində və digər bölgələrdə, xüsusən də Darnetal kommunasında (Normadie) tətbiq edilir.

İyulun 2-də Fransa Merlər Assosiasiyasının rəhbəri David Lisnar iyulun 3-də ölkə boyu bələdiyyə binaları qarşısında mitinqlərin keçiriləcəyini və bu aksiyalarda vətəndaşların iğtişaşlara qarşı çıxacağını bildirib . Bu gün güllələnən yeniyetmənin nənəsi iğtişaşlara son qoymağa çağırıb. 

Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb. Nantrda başlayan aksiyalar bir gün sonra onlara Lill və Tuluza sakinləri də qoşulub . Daha sonra etirazlar iğtişaşlara və polislə toqquşmaya çevrilib. İyunun 29-na keçən gecə nümayişçilər avtomobilləri yandırıb, vitrinləri sındırıb, polislərə hücum edib, barrikadalar qurublar.