Serbiya Sosialist Partiyasının sədr müavini Milan Milutinoviç bu gün 81 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, o, 1995-ci ildə Xarici İşlər Naziri təyin edilib, bu vəzifədə Deyton Sazişinin imzalanması ilə nəticələnən danışıqlarda iştirak edib.

1999-cu ildə Milutinoviç Sosialist Partiyası tərəfindən təkrar prezident seçkilərində Slobodan Miloşeviçin varisi kimi irəli sürülüb.

Prezidentlik müddəti başa çatdıqdan sonra Milutinoviç Kosovodakı silahlı münaqişə zamanı hərbi cinayətlərdə ittiham olunaraq Haaqa tribunalı tərəfindən həbs edilib. 26 fevral 2009-cu ildə o, bütün ittihamlar üzrə təqsirsiz hesab edilərək azadlığa buraxılıb.