Ölümü bütün Fransada etirazlara səbəb olan 17 yaşlı Əlcəzair əsilli fransızın nənəsi iğtişaşçıları zorakılığı dayandırmağa çağırıb.

"Unikal" xəbər verir ki, o, bu barədə bazar günü BFM-ə müsahibəsində bildirib.

“Mən bunun hər yerdə dayandırılmasını istəyirəm. İndi iğtişaşlar törədən insanları dayanmağa çağırıram”, - deyə Nadia adlı qadın bildirib.

O qeyd edib ki, aqressiv nümayişçilərin “məktəblərə hücumuna” icazə verilməməlidir.

Qadın həmçinin polis məmurlarına qarşı hücumlara qarşı olduğunu vurğulayıb və əlavə edib ki, son sözü Fransa ədaləti deyəcək.