ABŞ prezidenti NATO-nun Vilnüs sammitində iştirak edəcək.

"Unikal" xəbər verir ki, Co Bayden iyulun 9-dan 13-dək Avropa turnesi ilə yola düşəcək, bu müddət ərzində əvvəlcə Böyük Britaniyaya gələcək, daha sonra Vilnüs və Helsinkidə keçiriləcək NATO sammitində i.tirak edəcək.

Ağ Evin bəyanatında deyilir: "Prezident Bayden ilkin olaraq xalqlarımız arasında sıx əlaqələri daha da gücləndirmək üçün Kral III Çarlz və baş nazir Rişi Sunak ilə danışıqlar aparmaq üçün Londona gedəcək".

İyulun 13-də Bayden ABŞ-Nordic sammiti üçün Helsinkiyə gedəcək.