Həbsdə olan "Sasna Tsrer" Partiyasının sədri Varujan Avetisyanın oğlu David Avetisyan polis tərəfindən saxlanılıb.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir  ki,  bu barədə Avetisyanın qızı sosial şəbəkə hesabında məlumat yayıb. 

O, bildirir ki, qardaşının saxlanılmasına səbəb ölkənin baş naziri Nikol Paşinyan və  xanımı Anna Akopyana küçədə yaxınlaşması olub:

"Qardaşım David Avetisyan İrəvanda Angliakan parkının ərazisindən qaçırılıb. Hadisə şahidinin sözlərinə görə, qardaşım etirazını bildirmək üçün baş nazirə və həyat yoldaşına yaxınlaşıb. Sonra qardaşımı sürüyüb zorla naməlum istiqamətə aparıblar. Uzun axtarışlardan sonra məlum oldu ki, qardaşım Polis İdarəsindədir. Qardaşımın telefonu sönükdür, onunla əlaqə saxlaya bilmirik. Bu, siyasi təqib, qisas və başqa heç nə deyil”, - Varujan Avetisyanın qızı yazıb.

Gülayə Mecid