Rusiya hüquq-mühafizə orqanları Rusiyanın aparıcı "qanuni oğru"larından biri olan 63 yaşlı Andrey Voznesenskini (ləqəbi Xobot) federal axtarışa verib.

"Unikal" xəbər verir ki, bu  barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, "Xobot"  "cinayət aləmində ən yüksək vəzifə tutmaqda" ittiham olunur. 

"Kriminal mühitdə qeyd-şərtsiz səlahiyyət sayəsində Xobot oğruların ideologiyasını, cinayət adət və ənənələrini asanlıqla yayır", - KİV-lıərin birində qeyd olunub.  

Məlumata görə,  Andrey Voznesenski 1995-ci ildən "qanun oğru" kimi tanınıb. O, Moskva vilayətində cinayət aləminin lideridir.

Gülayə Mecid