Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Stokholmda Quranın yandırılması hadisəsi ilə əlaqədar İsveç səfirini çağırıb. 

"Unikal" xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti amıqlayıb. 

Diplomatik missiya İsveç səfirini Quranın yandırılması aktını qəti şəkildə pisləyib. Stokholm "tolerantlıq, mötədillik və ekstremizmin rədd edilməsi dəyərlərinin yayılmasına yönəlmiş beynəlxalq səylərə birbaşa zidd" bütün hərəkətləri dayandırmağa çağırılıb.

Qeyd edək ki, iyunun 28-də Stokholm polisi məscidin yanında Quranın yandırılması ilə nümayişin keçirilməsinə icazə verib.

Ağarza Elçinoğlu