Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanovla birlikdə İnstaqramda canlı yayıma çıxıb və xəstəliyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

"Unikal" xəbər verir  ki, Delimxanov da canlı yayım tarixini (2 iyul) göstərib və çəkilişin yeni olduğunu bildirib.

"Yavaş-yavaş yaşayırıq. Onsuz da çox yaşamaq istəmirik. Qısaca, amma ləyaqətlə yaşayacağıq", - Kadırov ifadə edib. 

Bundan əvvəl sosial şəbəkələrdə Çeçenistan rəhbərinin öldüyünə dair iddialar yayılıb. Delimxanovun da Ukraynadakı xüsusi hərbi əməliyyat zonasında yaralanması ilə bağlı xəbərlər yayılmışdı.  

Gülayə Mecid