İstanbulda İnterpol tərəfindən axtarışda olan hollandiyalı narkobaron “Qara Mamba” ləqəbli İsaak Biqnan saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Bildirilir ki, məşhur narkobaron Leijdekkersinin sağ əli olan "Qara Mamba"' ilə yanaşı 7 nəfər də qaçarkən yaxalanıb. Şübhəlilərin ünvanlarında edilən axtarışlar zamanı sui-qəsd silahı, polad jilet, izləmə müşahidə cihazı, pul tozsoran cihazı, çoxlu sayda pasport, cib telefonu və pul ələ keçirilib. Əməliyyatlar çərçivəsində nəzarətə alınan 8 şübhəli, əməliyyatlarının ardından ədliyyəyə sövq edilib. Şübhəlilərdən biri məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılarkən, 7 nəfər həbs edilib.