İyulun 4-ü Moldovada milli matəm elan olunub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Maya Sandu müvafiq sərəncam imzalayıb.

Bildirilib ki, Kişinyov Beynəlxalq Hava Limanında həlak olanların xatirəsini yad etmək üçün iyulun 4-ü ölkədə milli matəm günü elan edilib. Sabah ölkənin bütün ərazilərində, eləcə də Moldova Respublikasının xaricdəki diplomatik və konsulluq nümayəndəliklərində dövlət bayraqları yarıya qədər endiriləcək.

Qeyd edək ki, iyunun 30-da Moldovanın paytaxtı Kişinyovdakı aeroportda atışma olub. Türkiyədən Moldovaya gəldiyi təxminən olunan şəxs odlu silahdan atəş açaraq 2 nəfəri qətlə yetirib.